Jun 24 2019 18:18
Views: 356

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası işə başlayıb. 70 illik yubileyini qeyd edən Avropa Şurasının yeni Baş katibi seçiləcək. bugunkü iclasda  Fransanın Avropa işləri üzrə dövlət katibi Nazirlər Kabinetinin məlumatını təqdim olunub. Yay sessiyasında maraqlı müzakirələr gözlənilir.

Bu gün Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə alt komitəsinin “Avropada məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları” adlı 2214 saylı qətnaməsinə dair dinləmələr keçiriləcək. Dinləmələrdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov çıxış edəcək. Sessiya çərçivəsində iyunun 25-də 5 ildir ki, Ermənistan tərəfindən girov götürülmüş mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsinə həsr edilmiş dinləmələr olacaq.  AŞPA yay sessiyasında qadınlara, eləcə də uşaqlara qarşı zorakılığa son qoymaq, gender bərabərliyinə dair birgə müzakirələr aparılacaq. Uşaq alverinə, onların cinsi istismarına dair BMT-nin xüsusi məruzəçisinin hesabatı dinləniləcək. Tədbirdə Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyevanın sosial komitənin rəy üzrə məruzəçisi kimi “Miqrant uşaqlara qarşı zorakılığın və istismarın qarşısının alınması mövzusunda” məruzə barədə fikirləri dinləniləcək, müzakirələr aparılacaq.


Create Account



Log In Your Account