Apr 09 2019 14:32
Views: 188

Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasının ilk günündə azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi gündəmə gətirilib. Millət vəkili Qənirə Paşayeva Avropa Şurasının İnsan Haqları üzrə Müvəkkili Dunya Miyatoviçə sual ünvanlayıb.
Azərbaycanlı deputatın sualını cavablandıran Dunya Miyatoviç Dilqəm Əsgərov və Şahbaz Quliyev məsələsinin həlli üçün əllərindən gələni etdiklərini, məsələ ilə bağlı ombudsmanla və səlahiyyətli şəxslərlə danışdıqlarını bildirib.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə AŞPA-nın Nazirlər Komitəsinin sədrinə sual ünvanlayıb. Dpeutat maraqlanıb ki, Avropa Məhkəmsin Ermənistanın işğalçı olduğunu sübut edən məhkəmə qərarının icrası üçün hansı addımları atmağa hazırlaşır.
Avropa Şurası Nazirlər Komitəsinin finlandiyalı sədri Timo Soini cavab verərək bildirib ki, Nazirlər Komitəsi məhkəmə qərarlarını yaxından izləməyi qərara alıb. Bu qərara da Nazirlər Komitəsinin əsas prinsipi çərçivəsində baxılacaq. Avropa Şurası Parlament Assambleyasının iclası davam edir. Bu gün Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə sessiya çərçivəsində Qarabağ münaqişəsi ilə bağlı müzakirələr keçiriləcək.

 


Create Account



Log In Your Account