Jun 26 2019 17:32
Views: 325

Avropa Şurası Parlament Assambleyasında Ermənistan girovluğunda olan azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevə həsr edilən tədbir keçirilib. “İki azərbaycanlı mülki şəxsin humanitar məsələsi: Dilqəm Əsgərov və Şahbaz Quliyev” adlı tədbirdə bildirilib ki, Ermənistan 1949-cu il Cenevrə Konvensiyasını, ona əlavə protokolların müddəalarını, eləcə də beynəlxalq öhdəlikləri kobud şəkildə pozub.  

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva Dilqəm Əsgərov və Şahbaz Quliyevin durumu, ağır vəziyyətdə saxlanılmaları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev işgəncələrə məruz qalır, girovların humanitar və digər hüquqları pozulur. Girovluqda saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasının girov götürülməsindən, işgəncələrə məruz qalmasından, 2 ilə yaxındır ondan heç bir xəbər olmamasından danışıb. Dilqəm Əsgərovun səhhəti ilə bağlı ciddi problemlər olduğunu bildirərək, beynəlxalq təşkilatları, Avropa İnsan Haqları Məhkəməsini atasının işi ilə bağlı tezliklə qərar qəbul etməyə çağırıb, əks-təqdirdə bu işə baxmağın gec olacağını bildirib.


Create Account



Log In Your Account