Oct 01 2019 14:42
Views: 502

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışır. Bu fikirləri Fransanın dövlət katibi Ameli de Monçalen Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında çıxış zamanı bildirib. Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun sualını cavablandıran dövlət katibi qeyd edib ki, Avropa Şurası da Minsk qrupunu bu işində dəstəkləyir.
AŞPA-nın payız sessiyasının ilk günündə həm də Büro və Daimi Komitənin İnkişaf Hesabatı ilə bağlı məruzə dinlənilib. Məruzənin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri erməni deputatların yalanlarla dolu çıxışına münasibət bildiriblər. Milli Məclis üzvü Rafael Hüseynov deyib ki, Avropa Şurası mütəmadi olaraq, onun tribunasından nifrət saçan, qərəzli çıxışlar üçün istifadə etməməyə çağırışlar edib.
Erməni deputatların iftira dolu fikirlərini Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da cavabsız qoymayıb. Qeyd edib ki, erməni nümayəndələrin söylədiklərinin məruzə ilə bağlı heç bir əlaqəsi yoxdur. 
Azərbaycanlı deputatlar  Avropa Şurası Parlament Assambleyasının prezidenti xanım Lilian Mori Paskienin bu yaxınlarda Azərbaycana səfərindan söz açıblar. Qeyd ediblər ki, AŞPA nümayəndə heyəti Azərbaycanın insan hüquqlarının təmin edilməsi istiqamətində atdığı addımları alqışlayıb.


Create Account



Log In Your Account