Jan 24 2019 16:04
Views: 455

Azərbaycan dövləti əlillərin, sağlamlıq imkanları məhdud olan insanların sosial problemlərinin həllinə ciddi diqqət və qayğı göstərir. Təəssüf ki, ölkəmizdə təxminən 50 min nəfər insan Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində öz sağlamlıqlarını itirərək əlil olub. Bu barədə avropalı deputatlara Avropa Şurası Parlament Assambleyasının iclasında Milli Məclisin üzvləri məlumat veriblər.

“Bu gün Azərbaycanda 620 minə yaxın əlil vətəndaşımızın olduğunu xatırladan deputat bildirib ki, onlardan təxminən 70 minə yaxını sağlamlıq imkanları məhdud olan uşaqlardır. Ölkəmizdə təxminən 50 min nəfər insan Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində öz sağlamlıqlarını itirərək əlil olub”.

AŞPA-nın qış sessiyası çərçivəsində "Əlillər üçün – inklüziv işçi qüvvəsi" mövzusunda hesabatının müzakirəsi zamanı azərbaycanlı deputatlar qeyd ediblər ki, ölkəmizdə əlillərin sağlamlığının mühafizəsi və tibbi bərpası üçün, onların xarici ölkələrdə reabilitasiyası üçün şərait yaradılır.

Qənirə Paşayeva da vurğulayıb ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində ölkəmizdə minlərlə insan əlil olub. Əlillərin işlə təminatı üçün qanunvericilikdə bir sıra önəmli dəyişikliklər edilib. əlillərin işlə təminatı məsələsi ən önəmli prioritetlərdəndir. Hər il Qarabağ müharibəsi əlilləri də daxil olmaqla, yüzlərlə əlil dövlət tərəfindən pulsuz mənzillə təmin olunur.  Azərbaycanlı deputatlar “İnternet idarəçiliyi və insan hüquqları” məruzəsinin müzakirəsinə də qatılıblar.

”Sosial media kim olduğumuzu, nə istədiyimizi, hansı məkanlara tez-tez getdiyimizi, hətta nə haqqında düşündüyümüzü çox dəqiqliklə müəyyən edir. Kameralar demək olar ki, hər yerdədir və üztanıyan alqoritmlər bizi asanlıqla müəyyən edir. Bu isə şəxsi həyata müdaxilə etməklə yanaşı, sosial zülmə çevrilir. Qabaqcıl texnologiyalar uğrunda yarışan şirkətlər süni intellektin yaratdığı təhlükələri unuda bilərlər. Hökumətlər süni intellektin bütün mümkün risk və təhdidlərini araşdırmalıdırlar. Yalnız dövlət tənzimləməsi ilə daha təkmil süni intellekt axtarışında olanların qarşısı alına bilər”.

Azərbaycanlı deputatlar qeyd ediblər ki, hökumətlər süni intellektin risklərini araşdırmalıdır. 

Avropa Şurasının Parlament Assambleyasının sessiyası davam edir.


Create Account



Log In Your Account