Jan 21 2019 15:33
Views: 434

Bu gün Avropa Şurası Parlament Assambleyasının  qış sessiyasına start verilir. İclasda birbaşa Azərbaycanla bağlı hansısa məsələnin müzakirəsi nəzərdə tutulmayıb. Lakin hər dəfə olduğu kimi Azərbaycan nümayəndə heyətinin üzvləri istər siyasi qrupların toplantılarında, istər komitə, istərsə də plenar iclasda Azərbaycanla bağlı məsələləri qaldıracaqlar. Bu barədə CBC-yə müsahibəsində nümayəndə heyətinin üzvü Rafael Hüseynov məlumat verib.

Ənənəvi olaraq bu dəfə də sessiyanın açılışında Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri hesabat məruzəsi ilə çıxış edəcək, sonra da sualları cavablandıracaq.  Eləcə də Avropa Şurasının baş katibi Torborn Yaqland məruzə ilə çıxış edəcək.  Azərbaycanlı deputatlar bu imkandan da yararlanacaqlar.

Qeyd edək ki, Avropa Şurası Parament Assambleyasının iclaslarında Gürcüstanda keçirilmiş prezident, Ermənistanda isə parlament seçkilərinin müşahidəsi ilə bağlı müzakirələr aparılacaq. Demokratik seçkilər üçün media azadlığının əsas şərtləri, yalan məlumat ötürmədə ictimai medianın rolu və digər mövzularda məruzələr dinləniləcək. Avropa insan hüquqları Konvensiyası ilə şəriət qanunlarının uyğunluğu mövzusuna həsr olunan müzakirə də aparılacaq.

Sessiya beş gün davam edəcək.

 


Create Account



Log In Your Account