Jan 25 2019 15:56
Views: 264

Milli azlıqların hüquqlaırnın qorunması ilə yanaşı dövlətlərin ərazi bütövlüyünə hörmət edilməlidir. Avropa Şurası Parlament Assambleyasında “Milli azlıqlara mənsub şəxslərin hüquqlarının təşviq edilməsi” adlı qətnamənin müzakirələri zamanı Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva belə deyib. Bildirib ki, Milli azlıqların hüquqlarının qorunması ilə bağlı Çərçivə Konvensiyası Avropa Şurasının ümumi hüquqi müqavilələr sistemində mühüm yer tutur. Amma milli azlıqların hüquqlarından danışarkən dövlətlərin ərazi bütövlüyü unudulmamalıdır.

Qənirə Paşayeva bildirib ki, məşvərət komitəsinin vəzifəsi üzv dövlətlərdə müvafiq hüquq və azadlıqların yaxşılaşmasına yönələn tövsiyyələr verməkdir.  Azərbaycan Çərçivə Konvensiyası çərçivəsində qarşılıqlı hörmət və anlaşma əsasında konstruktiv dialoqa hazırdır. Sessiya zamanı Türkiyədə müxalif siyasətçilərin vəziyyəti ilə bağlı məsələ müzakirə olunub. Müzakirələrdə iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri rəsmi Ankaranın terrorizmlə mübarizəyə töhfə verdiyini, heç bir siyasətçinin terroru dəstəkləməsinin doğru olmadığını bildiriblər.

Mİllət vəkili Qənirə Paşayeva da bildirib ki, müxalif siyasətçi olmaq terrorizmlə bağlı cinayətlərdə de-fakto toxunulmazlıq hüququ vermir. Avropa Şurası Parlament Assambleyasının üzvləri bunu nəzərə almalıdır. Müxalifətin müdafiəsi ilə terrorizmin dəstəklənməməsi arasında həssas tarazlıq tapılmalıdır.


Create Account



Log In Your Account