Jun 26 2019 17:34
Views: 248

“Silahlı münaqişələr zamanı qadınlar kütləvi şəkildə zorakılıq əməllərinin qurbanı olurlar. Azərbaycan xalqı bu dəhşətli acını yaşayıb”. Bu fikirləri AŞPA-nın yay sessiyasında “Qadınlara qarşı zorakılığa dair İstanbul Konvensiyası: nailiyyətlər və çətinliklər” adlı birgə müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva deyib. Bildirib ki, Ermənistanın Azərbaycana silahlı təcavüzü və torpaqlarımızın 20 faizinin işğal edilməsi nəticəsində minlərlə azərbaycanlı qadın həlak olub, yaralanıb, ağlasığmaz işgəncələrə məruz qalıb. Ermənistan yüzlərlə azərbaycanlı əsir və girovu, o cümlədən qadınları dözülməz şəraitdə saxlayıb, məcburi əməyə cəlb edib və digər zorakılıq əməllərinə məruz qoyub.

Qənirə Paşayeva səlahiyyətli dövlət orqanlarının bu məsələyə adekvat münasibət göstərməsinin son dərəcə zəruri olduğunu diqqətə çatdırıb. Qadınların cəmiyyətin bütün sahələrində rolunun artması, o cümlədən qadınlara qarşı zorakılıqla daha effektli mübarizə üçün güclü siyasi iradənin ortaya qoyulması mühüm əhəmiyyətə malikdir.  

 


Create Account



Log In Your Account