Apr 09 2019 18:18
Views: 290

AŞPA-nın yaz sessiyası davam edir. Toplantıda bu gün  “2030-cu il Dayanıqlı İnkişaf Proqramının həyata keçirilməsində BMT ilə əməkdaşlığın gücləndirilməsi” və “ Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi: parlamentlərdən yerli idarəetmə qurumlarına qədər  bütün iştirakçı tərəflərin birgə səyləri” adlı qətnamə layihələri müzakirə olunub. Müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvləri fəal iştirak ediblər. Millət vəkili Sahibə Qafarova çıxışı zamanı Ermənistanın işğalçılıq siyasətinin ağır və faciəvi nəticələrindən, ölkəmizdə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən danışıb. Bildirib ki, Dayanıqlı İnkişaf Məqsədlərindən biri siyasi, iqtisadi və ictimai həyatda qadınların tam və effektiv iştirakı üçün bərabər imkanların təmin edilməsidir. Digər millət vəkili Qənirə Paşayeva da öz doğma evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlərin məsələsini qaldırıb.


Create Account



Log In Your Account