Apr 02 2019 16:32
Views: 187

Azərbaycan ordusunun 2016-cı ilin aprelində qazandığı qələbə sübut etdi ki, Ermənistan ordusunun “Ohanyan xəttinin” keçilməz olması haqqında iddiaları mifdən başqa bir şey deyil. Azərbaycan silahlı qüvvələri bu xətti darmadağın etdi. Hərbi ekspertlər bildirirlər ki, silahlı qüvvələrin şəxsi heyəti aprel hadisələri zamanı düşmənə layiqli cavab verməklə qarşıya qoyulan tapşırığı uğurla icra edib. Qısa bir zamanda ordumuz ermənilərin təhdidi ilə üzləşən dinc əhalinin təhlükəsizliyini təmin etdi.

Xarici ekspertlər də Azərbaycan ordusunun gücünün aprel döyüşlərində bir daha sübut olunduğunu bildirir. İlk növbədə ordunun təchizatı və hərbçilərin peşəkar hazırlığı bu əməliyyatlar zamanı həlledici olub.

Ermənistan ordusunun yenidən müdafiə xəttini bərpa etmək cəhdləri isə onların böyük itkilər verərək geri çəkilməsi ilə nəticələndi. Azərbaycan hətta Ermənistan ordusunun Ağdərə, Madagiz və başqa məntəqələrdən cəlb etməyə çalışdığı ehtiyat qüvvələri də darmadağın etdi. Aprel qələbəsi Azərbaycanın Dağlıq Qarabağ məsələsində mövqeyini möhkəmləndirməyə imkan verdi.

2016-cı ilin aprel döyüşləri həm də bütün dünyaya bir mesaj vermiş oldu: Azərbaycan heç vaxt öz torpaqlarının işğalı ilə barışmayacaq və istənilən an o torpaqları geri qaytarmaq gücündədir.


Create Account



Log In Your Account