Apr 05 2019 15:10
Views: 244

31 yaşlı Elməddin Ağayev 2016-cı ildə aprel döyüşlərində  Tərtər rayonunun Talış kəndi ətrafındakı strateji yüksəkliklər uğrunda döyüşlərdə bilavasitə iştirak edib. Əslən Biləsuvar rayonundan olan xüsusi təyinatlı qüvvələrini giziri 21 yaşından müddətdən artıq hərbi qulluqçu kimi xidmətdə olub. Ömrünün 10 ilini xüsusi təyinatlı qüvvələrdə xidmətə həsr edən Elməddin bu illər ərzində bir neçə təhlükəli əməliyyatda iştirak edib. Sonuncu əməliyyatda, aprel döyüşlərində isə yaralanaraq qazi olub. 

Əsas məqsədinin işğal altındakı torpaqların düşməndən azad edilməsi olduğunu deyən  qazi döyüş əməliyyatlarını dünənki kimi dəqiq xatırlayır. Aprel döyüşləri onun həm taleyini, həm də həyatını dəyişib. Onun olduğu xüsusi təyinatlı qrup mühasirədə qalmasına və yaralı döyüşçülərin olmasına baxmayaraq gündüz vaxtı qısa müddət ərzində lazım olan mövqeyi ələ keçirib.

Həmin əməliyyatlar zamanı Elməddin də xəsarət alıb. Səngərdə mühasirəyə düşən xüsusi təyinatlılara düşmən mərmi atıb. Nəticədə Azərbaycan Silahlı Qüvvələrinin giziri Ravil Novruzov şəhid olub. Elməddin Ağayev yarasına baxmayaraq sona qədər döyüşü davam etdirib. 

Hər il II Fəxri Xiyabanı ziyarət aprel qaziləri şəhid olan döyüş yoldaşalrının xatirəsini ehtiramla anır. Bu gün Azərbaycan ordusunda xüsusi təyinatlıların peşəkar hazırlığının yüksək səviyyədə olduğunu deyən Elməddin bildirir ki, aprel döyüşləri bunu bir daha sübut etdi. Ordumuzun aprel döyüşlərində qazandığı bu təcrübə gələcəkdə torpaqlarımızın işğaldan azad olunması üçün çox dəyərlidir. Aprel döyüşlərinin qaziləri olan xüsusi təyinatlılar da həmin gün ordu sıralarında olacaqlarını deyirlər. O günün yaxın olduğuna inanırlar.


Create Account



Log In Your Account