Apr 02 2019 16:34
Views: 257

2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıb. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsi azad edilib. Bundan başqa minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib.

Əks-həmlə əməliyyatının məqsədi Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki yaşayış məntəqələrinə törətdiyi təhlükəni aradan qaldırmaq idi. Belə ki, 2016-cı ilin martından başlayaraq, Ermənistan ordusu cəbhəboyu zonadakı yaşayış məntəqələrini daha sıx atəşə tutmağa başlayıb. Aprelin 2-nə keçən gecə bütün mövqelərimizi, eyni zamanda, mülki əhalini atəşə tutub. Nəticədə Azərbaycan Silahlı Qüvvələri cavab tədbirləri görmək məcburiyyətində qalıb. Düşmən müdafiəsinin ön xəttində və dərinliyində yerləşən koordinatlar müəyyənləşdirilib. Ermənistan ordusunun canlı qüvvəsi və hərbi texnikası məhv edilib.

Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqamətində  Ermənistan ordusunun öndə və dərinlikdə cəmləşən qüvvələri sıradan çıxarıb. Naftalan şəhərinə təhlükə yaradacaq Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizlənib. Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi azad edilib. Ermənistan Slahlı Qüvvələrinin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edilib. 320 hərbçisi öldürülüb, 500-dən artıq döyüşçüsü yaralanıb. Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılması təmin edilib.

Aprel döyüşlərinin əhəmiyytli nəticələrindən bii də “Böyük Qayıdış” prosesinə start verilməsi olub. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırılıb. Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə “Böyük Qayıdış” prosesinə start verilib. Kəndin əhalisi 23 illik fasilədən sonra doğma torpaqlarına qayıdıb. Uğurlu Aprel qələbəsindən ruhlanan Azərbaycan Ordusu ötən ilin mayında daha bir qələbəyə imza atıb. Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi peşəkar hərbi əməliyyat nəticəsində Günnüt kəndi və ətraf ərazilər Azərbaycanın nəzarətin keçib. Beləliklə də 1990-cı illərin əvvəllərində Ermənistanın zəbt etdiyi 11 min hektar torpaq işğaldan azad olunub.


Create Account



Log In Your Account