Oct 03 2019 19:40
Views: 185

Ötən gün Ermənistanın Azərbaycan-Ermənistan sərhədində mülki şəxsin ölümü ilə nəticələnən təxribatı daxili auditoriyaya yönəlib.  Ekspertlərin fikrincə, bununla Paşınyan öz ölkəsində baş verən xaosu gizlətməyə və narazi vətəndaşlarını susdurmağa çalışır. 
Lakin bu təxribatlar davam edərsə, Azərbaycan Ermənistanın layiqli cavabını verəcək. Və onda heç kim zəmanət verə bilməz ki, aprel hadisələri erməni tərəfi üçün daha qəliz ssenari və daha ağır nəticə ilə təkrarlanmayacaq. 
Bu fikirləri CBC-nin Xəbərlər buraxılışının qonağı olan millət vəkili, politoloq Elman Nəsirov səsləndirib. E.Nəsirov Azərbaycan prezidenti İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında iştirakı, habelə keçirilməsi nəzərdə tutulan çoxsaylı yüksək səviyyəli görüşlər barədə danışıb.


Create Account



Log In Your Account