Jul 19 2018 18:26
Views: 471

“Düşməndən bir qarış torpaq alandan sonra ölsəm də “uf” demərəm”.  Bu, yazıçı-publisist Yunus Oğuzun “Ovçu” tarixi romanında aprel döyüşlərinin qəhrəmanı, polkovnik-leytenant Murad Mirzəyevin ağlından keçirdiyi son sözlərdir. Əsərdə bu günlə keçmiş arasında əlaqə yaradan müəllif müasirliklə tarixiliyi vəhdət şəklində təqdim edir. Min illik tarixi təsvir edən müəllif erməni xislətinin tarixin hər mərhələsində meydana çıxaraq fəsadlar törətdiyini tarixi faktlarla göstərir. Əsərdən görünür ki, Muradın qəhrəmanlığı birdən-birə yaranmayıb. Bu qəhrəmanlıq əsrlərdən əsrlərə ötürülüb.
Aprel döyüşlərində həlak olan xüsusi təyinatlı qüvvələrin zabiti Murad Mirzəyev 1976-cı ilin Sabirabad rayonunda anadan olub. Hələ uşaq yaşlarında hərbçi olmaqa can atan Murad sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib. Daha sonra təhsilini Türkiyədə davam etdirib. Bundan sonra Amerika Birləşmiş Ştatları, Rumıniya və İordaniyada baş tutan hərbi təlimlərə qatılıb. Yaxınları onu qayğıkeş, diqqətcil övlad, ata və vətəndaş kimi xatırlayır. Aprel döyüşlərindən 2 il ötməsinə baxmayaraq atası Telman Mirzəyev hələ də onunla sonuncu görüşündən danışarkən qəhərlənir.
Romanda həm hərbi əməliyyatların gedişi barədə aydın məlumatlar verilir, həm də döyüşlərin hansı strateji nəticələrə gətirib çıxaracağı siyasi-publisistik baxımdan təhlil edilir. Jurnalist-yazıçı Rey Kərimoğlu deyir ki, əsər aprel hadisələrindən sonra yazılan ilk romandır. Bu baxımdan dəyərlidir.
Kitab 3 min tirajla çap olunub. Təqdimat mərasimində bildirilib ki, belə tarixi kitabların kitabxanalara, xüsusilə məktəb kitabxanalarına paylanması gənclərin vətənpərvərlik hisslərinin gücləndirilməsində mühüm rol oynaya bilər. Qeyd olunub ki, Aprel döyüşləri ilk dəfə olaraq ermənilərin DIRNAĞARASI "qalib" sindromunu sındırdı və qələbənin ardı olacaq.


Create Account



Log In Your Account