Mar 29 2019 16:59
Views: 671

Azərbaycanda aparılan sosial islahatlar 3 milyon insanı əhatə edir. Bunlar sırasında əmək haqlarının, pensiyaların artımı, pensiyaların təyinatının avtomatlaşdırılması, DOST mərkəzlərinin açılması, əlillik meyarlarının yenilənməsi, məşğulluq alətlərinin hazırlanması ilə bağlı tədbirlər var. Lakin bu sahədə yeniliklər də gözlənilir. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib.  
Nazir bildirdi ki, yaxın günlərdə “Məşğulluq” alt sistemi yaxın günlərdə sınaq test rejimində işə başlayacaq. İlk dövrlərdə proses paralel aparılacaq. Yəni, həm məşğulluq mərkəzləri fəaliyyətini davam edəcək, həm də elektron sistem üzərindən müraciətlər qəbul ediləcək. 2-3 aylıq sınaqdan sonra bu ilin iyunundan etibarən bu prosedur tamamilə elektron xidmətlər üzərindən göstəriləcək. Nazir şəhid ailələrinin vərslərinə birdəfəlik ödəmələrin verilməsi prosesinin davam etdiriləcəyini də bildirdi. 
Nazir bildirib ki, ötən il özünüməşğulluq proqramı 7200 insanı əhatə edib. Bu günədək 6 min ailəyə aktivlər paylanılıb. Cari ildə bu rəqəmin 8-10 minə çatdırılması planlaşdırılır. Növbəti ildən Dünya Bankının krediti  və İşsizlikdən Sığorta Fondunun köməyilə özünüməşğulluq proqramının 15 min ailəni əhatə edəcəyi gözlənilir. Aktivlər paylandıqdan sonra rüblük monitorinqlər aparılacaq. İki ilin sonunda isə nə qədər biznesin uğurlu olduğu və fəaliyyətini davam etdirəcəyi dəqiqləşdiriləcək. 

 


Create Account



Log In Your Account