Feb 08 2019 18:06
Views: 488

Azərbaycanda 1000-ə yaxın gənc Aqrar Məşğulluğun Artırılması Layihəsində iştirak edib. Onlardan 300-ü  ilkin seçimdən uğurla keçib  və təlimlərə qoşulmaq imkanı qazananıb. Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib.Onun sözlərinə görə gənclərin seçimi xüsusi kriteriyalara uyğun həyata keçirilib. Seçimdə əsas  diqqət onların kənd yerlərində yaşaması,kənd təsərrüfatına olan marağına yönləndirilib. Mirzə Əliyevin sözlərinə görə gənclər mikro sahibkarlar kimi formalaşacaq. Onlara təsərrüfatlarını formalaşdırmaq, maddi texniki bazanın yaradılması üçün 2 min manatdan başlayaraq maliyyə vəsaiti veriləcək. Bununla yanaşı gənclərin innovativ ideyalarının reallaşdırılması üçün gələcəkdə qrantlar verilməsi  də nəzərdə tutulur.

Tədbirdə iştirak edən Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, AMAL layihəsi kənd təsərrüfatı sahəsində gəncləri dəstəkləyən, Azərbaycanın bölgələrində həyata keçirilən ilk təşəbbüsdür.

Onun sözlərinə görə, layihənin məqsədi kəndlərdə yaşayan gənclər arasında sahibkarlıq mədəniyyətinin təşviqi ilə məşğulluq imkanlarının artırılmasıdır. Nazir müavini bildirib ki, bu layihə çərçivəsində  Azərbaycanda Gənc Fermerlər Hərəkatının əsası qoyulmuş olacaq.

Nazir müavini bildirib ki, AMAL-çı olaraq bölgələrdəki gənclərə təşkilatlanma və mobilizasiya işində dəstək veriləcək, bizneslərinin inkişafı və istehsal prosesinin düzgün təşkil edilməsi istiqamətində peşəkar təlimlər keçiriləcək, kredit və qrantlar təklif olunacaq. Bununla yanaşı  hazır məhsulların bazara çıxarılmasına  da dəstək veriləcək.


Create Account



Log In Your Account