Feb 01 2019 15:52
Views: 446

Regionların social-iqtisadi inkişafı ilə bağlı 3 dövlət proqramının icra olunduğu 2004–2018-ci illər ərzində Azərbaycanda kənd təsərrüfatı  1,7 dəfə artıb. Yeni təsdiq olunan 2019-2023-cü illəri əhatə edən proqram çərçivəsində də kənd təsərrüfatının inkişafı üçün tədbirlər görüləcək. İndi ölkədə qeyri-neft sektorunda diqqət yetirilən əsas səhələrdən biri kənd təsərrüfatıdır. Bu sahədə bir çox stimullaşdırıcı tədbirlər, subsidiyalar tətbiq olunur. Bütün bunlar öz nəticəsini verib. İstehsalçılar bildirir ki, dövlət dəstəyi sayəsində son illər bizneslərini genişləndiriblər. kənd təsərrüfatında son illər geniş inkişaf edən ixracyönümlü sahələrdən biri xurmaçılıqdır. Ötən il xurma ixracından Azərbaycana 114 milyon dollar vəsait daxil olub.

Son illər inkişafına diqqət yetirilən sahələrdən biri də tütünçülükdür. Tütünçülüyə dövlət dəstəyi öz bəhrəsini verib. əgər 2015-ci ildə cəmi üç rayonda tütün əkilirdisə,artıq 13 rayonda fermerlər tütünçülüklə məşğul olur. Ötən il bu rayonlarda 6200 ton tütün yığılıb. Tütünçülük üzrə ixtisaslaşmış rayonlardan biri olan Balakəndə 470 hektarda tütün əkilib. 60 sahibkar bu sahə ilə məşğul olur.

Xatırladaq ki, regionların 2014-2018-ci illərdə sosial – iqtisadi inkişafına dair dövlət proqramının icrasının yekunları barədə konfransa prezident İlham Əliyev aqrar sektora dövlət dəstəyinin davam edəcəyini bildirib. qeyd edib ki, bu, yeni dövlət proqramında da nəzərdə tutulur. Əsas məqsəd ölkənin qeyri-neft ixracında kənd təsərrüfatının payını artırmaq, bu sahədə məhsuldarlığı və istehsal həcmini yüksəltməkdir. 2018-ci ildə ölkədə kənd təsərrüfatının inkişafı 4.3% təşkil edib. qeyri-neft ixracında kənd təsərrüfatı məhsullarının payı 47%-dən çoxdur.


Create Account



Log In Your Account