Dec 14 2019 20:20
Views: 177

Nazirlər Kabineti Aqrar Sığorta Fondunun Nizamnaməsini təsdiqləyib. Baş Nazir Əli Əsədov bununla bağlı qərarı imzalayıb. 11 müddəadan ibarət nizamnamədə fondun fəaliyyətinin məqsədi, vəzifələri və hüquqları, idarə edilməsi, nizamnamə kapitalı və digər məsələlər öz əksini tapıb. Fondun nizamnamə kapitalı 1 milyon manatdır. Fondun nizamnamə kapitalının formalaşması üçün 2020-ci ilin dövlət büdcəsindən 5 milyon, 2021-ci ilin dövlət büdcəsindən isə 3 milyon manat ayrılacaq. Kənd Təsərrüfatı Nazirliyinin aqrar sığorta üzrə nümayəndəsi Fuad Sadıqov fondun səlahiyyətlərini açıqlayıb. Nizamnaməyə əsasən, fondda ictimai əsaslarla fəaliyyət göstərən və 5 üzvdən ibarət Himayəçilik Şurası yaradılır. Himayəçilik Şurasının sədri Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsidir. Şurada Kənd Təsərrüfatı və Maliyyə nazirliklərindən, Mərkəzi Bankdan və Fermerlər Assosiasiyasından nümayəndələr təmsil olunacaq. “Aqrar Sığorta haqqında” Qanunu 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.


Create Account



Log In Your Account