Apr 26 2019 19:00
Views: 428

Azərbaycanda aqrar sığorta üzrə təminat verilən risklərin siyahısı müəyyənləşib. Bu, yeni hazırlanan “Aqrar sığorta haqqında” qanun layihəsində öz əksini tapıb. Qanun layihəsi əvvəlcə Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarıldı. Layihəyə əsasən, dövlət aqrar sığorta predmetlərini və aqrar sığorta risklərini müəyyən edəcək. Aqrar sığorta sisteminin tətbiqinə nəzarət edərək sistemin inkişafı üçün tədbirlər görəcək.

Aqrar sığortanın predmetlərinə kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları, kənd təsərrüfatı heyvanları, ev quşları, su heyvanları və sair daxildir. Kənd təsərrüfatı məhsullarının istehsalçıları təbiət hadisələri, o cümlədən təbii fəlakətlər, yanğın, qəzalar, vəhşi heyvanların hücumu və digər hadisələrdən sığortalanırlar.

Qeyd edildi ki, Azərbaycanda kənd təsərrüfatı əsas riskli sahələrdən biri olduğuna görə sığorta şirkətləri bu sahədə sığorta işinin təşkili ilə məşğul olmaq istəmirlər.

“Aqrar sığorta haqqında” qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənayə və sahibkarlıq komitəsində də müzakirə olundu. Komitə üzvləri aqrar sığortanın dövlət büdcəsindən aslılığının azaldılmasını təklif etdilər. Layihə ilə bağlı digər məsələlər də gündəmə gətirildi.

Hər iki komitənin üzvləri yeni qanun layihəsinin birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunmasına səs verdilər. 


Create Account



Log In Your Account