Jan 15 2019 18:07
Views: 705

Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılıb. Dövlət Fitosanitar, Baytarlıq, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə və Baş Dövlət Texniki Nəzarət Xidmətləri ləğv edilib.Yeni yaradılan agentlik ləğv olunan dörd qurumun xidmətlərini həyata keçirəcək.

Ekspertlər hesab edir ki, əvvəllər aqrar sektorda idarəetmə aparatının kifayət qədər böyük olması, bəzi hallarda isə bir-birini təkrar etməsi prosedurlarının sayının uzadılmasına və çevik qərarlarının verilməsinə mane olurdu. Digər tərəfdən bu sahədə şəffalığın tam təmin olunması məsələsi də ciddi problemlərdən biri idi.

Vüqar Bayramov deyir ki, struktur dəyişikliyi nəticəsində  vətəndaşlara operativ və resurslara qənaət etməklə xidmət göstəriləcək, dövlət xidmətləri daha əlçatan və keyfiyyətli olacaq.  Ekspertin fikrincə, Aqrar Xidmətlər Agentliyinin yaradılması bu sahəyə ayrılan büdcə vəsaitlərinin optimallaşdırılmasına və qənaət edilməsinə imkan verəcək. Bu isə fermer və iş adamlarına subsidiyaların daha səmərəli şəkildə ayrılması və biznes mühitinin daha da təkmilləşdirilməsi deməkdir.

Qeyd edək ki, Prezident Ilham Əliyev “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. Fərmana əsasən, Dövlət Aqrar Xidmət Agentliyin əsasnaməsi təsdiq edilənədək ləğv olunan dörd qurum fəaliyyətlərini davam etdirəcəklər.


Create Account



Log In Your Account