Sep 18 2019 16:45
Views: 216

Azərbaycanda aqrar sektorun inkişafı ərzaq təhlükəsizliyinin təmin edilməsinə yönəlib. Bu barədə Azərbaycanın Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Bakıda keçirilən Azərbaycan-Tacikistan aqrobiznes forumunda deyib. Bildirib ki, bu ilin birinci yarısında aqrar sektorda 13%-lik artım qeydə alınıb ki, bu da rekord göstərici hesab olunur. Nazir müavini əlavə edib ki, Azərbaycan məhsullarının Tacikistan bazarlarına çıxışını təmin etmək üçün forum çərçivəsində iş adamları arasında müqavilələr imzalanacaq.

Tacikistanın Azərbaycandakı səfiri Rustam Soli bildirib ki, Azərbaycan və Tacikistan aqrar sahədə birgə müəssisələrin yaradılması layihələri üzərində çalışır. O, forumun Tacikistan mütəxəssislərinin Azərbaycanın aqrar sektorda təcrübəsini öyrənməsi baxımından vacib olduğunu deyib.


Create Account



Log In Your Account