Oct 31 2019 19:56
Views: 177

Beynəlxalq təşkilatların Azərbaycanda  fəaliyyət göstərən nümayəndəliklərinin rəhbərləri ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması üçün görülən tədbirlərlə yerində tanış olublar. Diplomatlar üçün Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin nəzdində olan laboratoriyalara infotur təşkil olunub. 
Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini  Rüfət Rüstəmzadə bildirib ki, Azərbaycanda mövcud olan qida laboratoriyaları təkcə ölkədə qida təhlükəsizliyini təmin etmək məqsədi daşımır. Beynəlxalq standartlara uyğun yoxlamaların aparılması həm də Azərbaycan məhsullarının xarici bazarlara çıxışını asanlaşdıracaq.
İnfotur iştrakçılarına laboratoriyalarda qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparılması, baytar-sanitar və fitosanitar təhlükəsizliyin təmin edilməsi nümayiş etdirilib.


Create Account



Log In Your Account