Sep 05 2019 18:08
Views: 270

Tanınmış yəhudi şairi Raxel Bluvşteynin Azərbaycan dilinə tərcümə olunmuş şeirlər toplusunun təqdimatı keçirilib. Kitabı dilimizə ssenarist, şair və tərcüməçi Vaqif Rəsuloğlu tərcümə edib. Kitabda Raxelin Azərbaycan dilinə tərcümə olunmuş şeirləri ilə yanaşı, ivrit dilində əsərləri də yer alıb.

İsrailin ölkəmizdəki səfirinin müavini Avital Rosenberq bildirib ki, kitabın Azərbaycan dilinə tərcümə olunması İsrail səfirliyinin təşəbbüsü ilə reallaşıb. Bunda əsas məqsəd İsrail xalqının mədəniyyətini Azərbaycanda tanıtmaqdır. Tədbirdə çıxış edən Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev bildirib ki, Azərbaycanda müxtəlif xalqların nümayəndələri sülh və əminananlıq içində yaşayır. O, İsraillə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib.

Sadəcə Raxel kimi tanınan israilli şair dünyada məşhurdur. O, öz əsərlərini əsasən ivrit dilində yazıb. Acı taleh yaşayan yazarın əsərlərində sevgi və kədərli mövzular daha çox yer alır. Raxel hələ uşaqlıqdan şeir yazmağa başlayıb. Birinci Dünya müharibəsində Rusiyaya gedərək orada yəhudi qaçqınlarının uşaqlarına qulluq edib. Təəssüf ki, orada vərəm xəstəliyinə yoluxub və 40 yaşında dünyasını dəyişib. Raxel ən yaxşı şeirlərini Təl-Əvivdə tənha və ağır xəstə vəziyyətində yaşadığı vaxtlarda yazıb.


Create Account



Log In Your Account