Nov 07 2018 14:48
Views: 423

ABŞ Prezidenti Donald Tramp noyabrın 6-da ölkədə keçirilmiş aralıq seçkilərin ilkin nəticələrini şərh edib. Tvitter hesabında yaxdığı mesajda Tramp seçkinin nəticələrini uğurlu adlandırıb.  "Bu axşam möhtəşəm uğur qazandıq. Hamınıza təşəkkür edirəm!", - bu sözləri Donald Tramp "Twitter" səhifəsində yazıb. İlkin nəticələrə görə, aralıq seçkilərdə  ABŞ Prezidenti Donald Trampın da təmsil olunduğu hakim Respublikaçılar Partiyası Senat seçkilərində qalib gəlib. Müxalif Demokratlar Partiyasının namizədləri isə Nümayəndələr Palatasına seçkilərdə daha çox səs toplayıblar. Belə ki, respbulikaçılar Konqressin Yuxarı Palatasında - Senatda 51 yer, demokratlar isə 44 yer qazanıb. CNN kanalının məlumatına görə, Konqressin Aşağı Palatasına, yəni Nümayəndələr Palatasına keçirilən seçkilərdə isə Demokratlar Partiyası 214, Respublikaçılar Partiyası isə 197 mandata sahib olub.

Seçkidə bir neçə əlamətdar hadisə də baş verib. ABŞ Konqresinə ilk dəfə müsəlman qadınlar seçiliblər. Bunlar Demokratlar Partiyanın nümayəndələri Rəşidə Tlaib və İlhan Omardır. Rəşidə Tlaib Fələstin əsilli amerikalı siyasətçi və vəkildir.İlhan Omar isə Minnesotadan olan Somali əsilli siyasətçidir.  Son illər Amerikada müsəlman əhalinin artımı müşahidə olunur. PEW tədqiqat mərkəzinin proqnozlarına görə, 2040-cı ildə ABŞ-da müsəlmanlar ikinci böyük icma olacaq.  həmin mərkəzin araşdırmasına görə, əgər 2007-ci ildə ABŞ-da 2.3 milyon müsəlman var idisə, 2017-ci ildə 2.4 milyonu ötüb. Bu, əsasən yüksək doğum səviyyəsi ilə izah olunur. Əhali artımı həm də müsəlman seçicilərin sayının çoxalması deməkdir. ABŞ Konqresində aralıq seçkilərdə qadınlar  ümumilikdə də rekord müəyyən ediblər. Belə ki, Konqresə 107 qadın seçilib. Amerikalılar seçkilərdə fəal iştirak ediblər.

ABŞ-da keçirilən aralıq seçkilərdə Nümayəndələr Palatasının 435 üzvünün hamısı, Senatın isə 3-də biri müəyyən edilir.  Bundan başqa 39 ştat və ərazinin qubernatoru, həmçinin ştatların qanunverici məclislərinin 6 mindən çox üzvü, hakimlər və məktəb dairə şuralarının üzvləri yenidən seçilir.  


Create Account



Log In Your Account