Oct 28 2019 18:47
Views: 389

Bakı və İslamabad bütün istiqamətlərdə, o cümlədən hərbi-texniki sahədə ikitərəfli əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır. Bunu CBC-nin “Speslanıy vıpusk” verilişinə eksklüziv müsahibəsində Pakistan prezidenti Arif Alvi deyib. Azərbaycan prezidenti İlham Əliyevlə müzakirələri barədə danışan Arif Alvi qeyd edib ki, Pakistan Azərbaycanı bütün məsələlərdə, o cümlədən Ermənistan, Azərbaycan Dağlıq Qarabağ münaqişəsində dəstəkləyir. Pakistan hesab edir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır.

Pakistan prezidentinin sözlərinə görə, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan dünya miqyaslı məsələlərin həlli üçün gündəliyi özü müəyyən edə bilər. Bura bir çox hallarda dünya güclərinin görməzdən gəldiyi ədalətin bərpası da daxildir.

Pakistan prezidenti Arif Alvi həmçinin Azərbaycanla ölkəsi arasında iqtisadi əlaqələrə də toxunub. Bildirib ki, bu sahədə yaxşı potensial mövcuddur.

Pakistan prezidenti turizm sektorunu əməkdaşlıq üçün ən perspektivli sahələrdən biri adlandırıb. Onun sözlərinə görə, bu amil nəzərə alınaraq Azərbaycan və Pakistan arasında uçuşların sayı artırılmalıdır. hər iki xalq bir-birinin mədəniyyətini daha yaxından tanımalıdır.

 

   


Create Account



Log In Your Account