Nov 01 2018 15:35
Views: 550

Arif Məlikov müasir Azərbaycan musiqisinin ən görkəmli nümayəndələrindən biri kimi tanınır. Bəstəkar əsərlərində mili musiqi ənənələri və klassik Qərb musiqisinin harmoniyasını təcəssüm etdirə bilib. Arif Məlikovun müxtəlif janrlarda olan bəstələri özünməxsusluğu, təkrarsızlığı ilə ona şöhrət qazandırıb. 85 yaşını qeyd edən Bəstəkar bu gün də musiqinin gücünə inanır.
“Bu gün biz konsert salonundayıq. 2000 nəfərdən çox adam yerləşir. Bu 2000 nəfər insan ola bilsin ki,  burda musqidən zövq alacaq, sevinəcək. Musiqinin gücü elədir ki, onu heç kim yıxa bilməz. İstər himn olsun, istər teatr musiqisi olsun”. 
1960-cı ildə 27 yaşında  O, Nazim Hikmətin librettosunun motivləri əsəsında “Məhəbbət əfsanəsi”ni yazıb. Əsərin premyerası Leninqrad Opera və balet teatrında baş tutub. Cəmi 4 il sonra isə Moskvada Böyük teatrda “Məhəbbət əfsanəsi” səhnəyə qoyulub. Bu bəstəkarı nəinki SSRİ-də, həm də bütün dünyada məşhurlaşdıran böyük nailiyyət idi.
Arif Məklikovun mahnılarından ibarət konsertə maraq böyük olub. Konsertdə Musiqisevərlər, bəstəkarın dostları, yaxınları və həmkarları iştirak edib.
Arif Məlikovun yaradıcılıq yolu Asəf Zeynallı Adına musiqi məktəbindən başlayıb. Daha sonra o Azərbaycanın dahi bəstəkarlarından biri Qara Qarayevin sinfində təhsilini davam etdirib. Musiqinin ən müxtəlif janrlarında bəstələri olan Arif Məlikov baletləri, kantataları, operettaları, müxtəlif janrlı kamera-instrumental əsərləri, romans və mahnıları ilə milli musiqi xəzinəmizi zənginləşdirib.


Create Account



Log In Your Account