Jun 17 2019 18:57
Views: 406

Görkəmli bəstəkar, xalq artisti Arif Məlikovun xatirəsi yad edilib. Bu gün bəstəkarın vəfatından 40 gün ötür. Buna görə xalq artistinin doğmaları və yaxınları, eləcə də tanınmış incəsənət xadimləri, ictimiayyət nümayəndələri onun məzarı başında toplaşıb.

Arif Məlikov hələ sağlığında ikən Azərbaycan musiqisinin klassiklərindən biri hesab olunub. Onun bəstələdiyi əsərlər yalnız Azərbaycan deyil, dünya musiqi xəzinəsinin əvəzolunmaz incilərindən sayılır. Bəstəkara dünya şöhrəti gətirən əsər isə “Məhəbbət əfsanəsi” baleti olub.

Dünya şöhrətli bəstəkar, SSRİ xalq artsiti Arif Məlikov həm də öz ölkəsinin problemlərinə biganə qalmayan ictimai xadim, gələcək musiqiçi nəsillərinin yetişməsi üçün əlindən gələni edən pedaqoq idi. O, uzun illər Bakı Musiqi Akademiyasında çalışıb.

Xaıq artisti Arif Məlikov mayın 9-da 86 yaşında dünyasını dəyişib. Ötən ilin sentyabrında görkəmli bəstəkarın 85 illiyi dövlət səviyyəsində geniş qeyd olunmuşdu.


Create Account



Log In Your Account