May 18 2019 19:39
Views: 430

27 il öncə bu gün Laçında nələr baş verirdi? Bu haqda “CBC Xəbərlər” buraxılışının qonağı - hadisələrin şahidi laçınlı ziyalı Arif Məmmədli ilə söhbət etmişik. O, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Laçın rayonunu işğal etdiyi günü ağrı-acı ilə xatırlayır. Onun sözlərinə görə, Şuşa şəhərinin işğalından sonra Laçın iki istiqamətdən hücuma məruz qalıb. 1992-ci il mayın 18-də Şuşanın Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən Laçını işğal edib. Erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan ediblər.


Create Account



Log In Your Account