Jun 19 2018 17:54
Views: 681

Avqustun 1-də Almaniyanın Darmştat şəhərində dünya şöhrətli  bəstəkar Arif Mirzəyevin konserti keçiriləcək. Konsertdə  bəstəkar  həm  müəlif mahnılarını, həm də alman bəstəkarı  İoqan Sebastian Baxın əsərlərini  səsləndirəcək. Uzun müddətdir Avropada yaşayan və fəaliyyət göstərən bəstəkarın əsərlərində Azərbaycan musiqisini  əks etdirən  motivlər  xüsusi ilə seçilir. Arif  Mirzəyev  Şərq və Qərb mədəniyyətini əsərlərində  ən gözəl çalarları ilə  nümayiş etdirən  bəsətkarlardandır. Onun sözlərinə görə  bəsətkarın əsas yaradıcılığı əsərin düzgün təqdim edilməsidir.
Arif Mirzəyev musiqi ilə hələ uşaq vaxtlarından tanış olub. Onun böyüyüb boya başa çatdığı, bir zamanlar alman ailəsinin yaşadığı 8 otaqlı  mənzildə müxtəlif çalğı alətləri olub. Məhz o zamandan 6 yaşlı Arif müsiqi ilə maraqlanmağa başlayıb. İlk marağı  orqan musiqi alətinə olub. Çünki fortepianodan fəqli olaraq orqandakı dillərə toxunduqca musiqinin sədası uzun müddət qulaqlarda eşidilir.
Arif Mirzəyev  bütün dünyada   alman bəstəkarı Baxın musiqiləri üzrə mütəxəssis sayılır. Bəstəkarın musiqi karyerası Rusiyada keçib. Eyni anda  hər üç ölkəni, Azərbaycanı, Rusiyanı və Almaniyanı təmsil etdiyini deyir. Arif Mirzəyev  bu ölkələrin bəstəkarlar ittifaqının üzvüdür.


Create Account



Log In Your Account