Apr 29 2019 18:14
Views: 300

Argentina Milli Konqresinin Deputatlar Palatasının sədri Emilio Monzo Azərbaycanda səfərdədir. Səfər zamanı Emilio Monzo Şəhidlər Xiyabanını və Türk şəhidliyini ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə güllər düzüb. Qonaq Bakının azad olunması uğrunda gedən döyüşlərdə həlak olmuş türk əsgərlərin xatirəsinə ucaldılan abidənin önünə əklil qoyub. Azərbaycana ilk dəfə gələn Palata sədri Emilio Monzo bu səfərin qarşılıqlı əlaqələrin inkişafına ciddi təkan olacağını hesab edir.

Argentina Milli Konqresinin Deputatlar Palatası sədrinin Azərbaycana ilk səfəri iki ölkənin parlamentləri arasında münasibətlərin dərinləşməsinə xidmət edəcək.  Bu haqda Milli Məclisin sədri Oqta Əsədov palata sədri ilə görüşündə bildirdi. Qeyd etdi ki, iki ölkə arasında siyasi və xüsusilə də iqtisadi əlaqələrin gücləndirilməsinə ehtiyac var.

Milli Məclis sədri Oqtay Əsədov qonağa Dağlıq Qarabağ münaqişəsi ilə nağlı məlumat verərək Azərbaycanın bu münaqişənn sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirdi. Öz növbəsində Emilio Monzo da qarşılıqlı əlaqələrin gücləndirilməsi çün hər iki tərəfin potensialı olduğunu bildirdi.  Qeyd edək ki, indiyədək Azərbaycan və Argentina arasında dövlət səviyyəsində 25 sənəd imsalanıb, daha 9 sənəd hazırlanmaq səviyyəsindədir.   


Create Account



Log In Your Account