Jun 11 2019 19:08
Views: 815

Başlanğıcını respublika əhəmiyyətli Gədəbəy-Şəmkir avtomobil yolundan götürən Arıqdam-Söyüdlü-Soyuqbulaq avtomobil yolu 2 istiqamət üzrə yenidən qurulur. Bu 16 km uzunluğa malik Arıqdam-Soyuqbulaq və 6,2 km uzunluğa malik Soyuqbulaq-Günəşli avtomobil yollarıdır. Sözügedən yollar 4-cü texniki dərəcəyə uyğun inşa edilir.

Yolların uzun müddət təmir olunmadan istismarı nəticəsində yararsız vəziyyətə  düşüb. Bu problemlərin aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yol boyunca tədbirlərə start verib.

Yolun 14 km-lik hissəsində genişləndirmə işləri aparılıb, bəzi hissələrdə torpaq yatağının 1 metr qalınlıqda yuyularaq azalmış hissələri qruntla doldurulub. Bunun ardınca yol əsasının inşası işləri aparılıb. İndi yolun 130 min kv.m-dən çox sahəsinə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət 12 sm qalınlığında yeni asfalt-beton örtüyü döşənir.

Layihənin sonuncu mərhələsində yol çiyinlərinin optimal qum-çınqıl qarışığı ilə bərkidilməsi, yol birləşmələrinin təmiri, zəruri yerlərdə avtobus dayanacaqlarının quraşdırılması işləri görüləcək.


Create Account



Log In Your Account