Jun 27 2019 19:28
Views: 249

“Azərbaycanın müdafiə sənayesinin istehsal etdiyi məhsullara çox böyük maraq var”. Bunu Moskvada keçirilən “ARMY-2019“ V Beynəlxalq Hərbi-Texniki Forumla bağlı CBC-yə açıqlamasında Azərbaycan müdafiə sənayesi nazirinin müşaviri Azad Məmmədov deyib. Qeyd edib ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilk dəfədir bu foruma qatılır. 120 kv.m sahəsi olan milli paviliyonda nazirlik əsasən ixracyönümlü məhsullarını - snayper tüfənglərini, avtomatları, tapançaları, hücum pulemyotlarını, qumbara atanları, pilotsuz uçuş aparatlarını, müxtəlif çaplı döyüş sursatlarını və digər məmulatlarını nümayiş etdirir. Azad Məmmədovun sözlərinə görə, Azərbaycanın hərbi sənaye məhsullarına marağın böyük olması bu sahənin süətlə inkişaf etdiyini təsdiqləyir. 
Sərgi çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər də keçirib. Bu görüşlərdə hərbi-texniki sahədə əməkdaşlığın perspektivlərinə məsələlər müzakirə olunub. Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev CBC-yə açqılamasında deyib ki, sərgi hərbi-texniki sahədə əməkdaşlığı genişləndirmək üçün də geniş imkanlar yaradır.


Create Account



Log In Your Account