Jun 25 2019 14:41
Views: 226

BMT-nin Dövlət Xidmətləri Forumu öz işini plenar sessiya və paralel seminarlarla davam edir. Forum çərçivəsində dövlət xidmətlərinin göstərilməsi üzrə ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb.

Forum çərçivəsində Dövlət Agentliyi, Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi arasında dövlət xidmətlərinin göstərilməsi və e-hökumət sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu da imzalanıb. Sənədin 3 əsas amil üzərində qurulduğu bildirilib. Qeyd edilib ki, Niyyət Protokolu çərçivəsində bu sahədə əməkdaşlıq və təcrübə mübadiləsi həyata keçiriləcək.

Forumda dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndə iştirak edir. Qonaqlar belə bir nüfuzlu beynəlxalq tədbirin Azərbaycanda keçirilməsini yüksək qiymətləndirirlər.

Forum 2003-cü ildən etibarən 23 iyun – BMT-nin Dövlət Xidmətləri Günü ərəfəsində hər il təşkil olunur. Forumun keçirilməsində məqsəd dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual məsələlər üzrə müzakirələrin aparılması, habelə dövlətlərin bu istiqamətlərdə qabaqcıl təcrübələrinin mübadiləsidir.


Create Account



Log In Your Account