Jun 25 2019 19:01
Views: 210

Bakıda BMT-nin Dövlət Xİdmətləri Forumu işini davam etdirir. Tədbir Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə  keçirilir.

Forumun ikinci günü maraqlı məruzə və diskussiyalarla zəngindir. “Dayanıqlı İnkişaf Məqsədləri 16: şəffaflıq, inklüzivlik və iştirakçılıq ilə institutların daha səmərəli olmasını təmin etmək” mövzusunda interaktiv panel müzakirəli plenar sessiya baş tutub. Sessiyada  BMT-nin Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya regionu üzrə direktoru Alia El Yassir çıxış edib. Gender bərabərliyi, qadınların hüquq və imkanlarının artırılması məsələləri müzakirə olunub.

Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova öz çıxışında xatırladıb ki, BMT gələn ay dayanıqlı inkişaf məqsədləri üzrə ikinci hesabatını təqdim edəcək. Azərbaycanda bu məqsədlərin reallaşdırılması üçün siyasi iradə mövcuddur. Ölkəmizdə dövlət xidmətlərinin, şəffaflıq və hesabatlılığın yaxşılaşdırılması istiqamətində tədbirlər görülüb. Tədbir iştirakçıları Azərbaycanın "ASAN xidmət" modelini bu istiqamətdə yaxşı təcrübə kimi qiymətləndiriblər.

Vurğulanıb ki, bu məqsədlərə çatmaq üçün hökumətlər, media, yerli cəmiyyətlər və beynəlxalq təşkilatlar birgə fəaliyyət göstərməlidirlər. Bunun üçün yeni konsepsiyalar hazırlanmalıdır. “İnnovasiyalarin gələcəyi: insan ölçüsünə alternativ olacaqmı?”, “Yerli səviyyədə xidmətlərin səmərəli göstərilməsinin təkmilləşdirilməsi: çağırışlar və innovativ yanaşmalar" və digər mövzularda panel sessiyaları keçirilib. Forum işini sabah bitirəcək.
 


Create Account



Log In Your Account