Dec 07 2017 18:37
Views: 512

Azərbaycan Milli Mobil İdentitetlərin Qlobal İttifaqının (GANMI) həmsədri seçilib. Bu, milli rəqəmsal imza olan ASAN İmzanın tətbiqi nəticəsində mümkün olub. Beynəlxalq təşkilatda həmsədrlik ASAN İmza texnologiyasının bütün dünyada təbliği, tanıdılması üçün böyük imkanlar açır.  ASAN İmzanın operatoru olan Best Solutions şirkətinin təsisçisi Yana Krimpe deyir ki, gələcəkdə Asan imza ilə istifadəçilərə özlərinin Facebook və ya eBay hesablarına daxil olmağı da təklif etmək olar.

Yana Krimpe qeyd edir ki, Azərbaycanın tətbiq etdiyi mobil imza texnologiyasına hətta Amerika Birləşmiş Ştatları tərəfindən də maraq var. Artıq bu ölkənin şirkətləri ilə əməkdaşlıq haqqında danışıqlar aparılır.

Milli Mobil İdentitetlərin Qlobal İttifaqı 2017-ci ilin noyabrında Brüsseldə Elektron İdentitet və Təhlükəsizlik üzrə Avropa Assosiasiyasının təşkilatıçılığı və Avropa Komissiyasının dəstəyilə  keçirilən 19-cu beynəlxalq “The Future of Digital Security and Trust – ISSE 2017” konfransı çərçivəsində yaradılıb. Hazırda bu ittifaqa 12 ölkə daxildir.

 


Create Account



Log In Your Account