Feb 13 2019 18:22
Views: 417

"ASAN xidmət”ə 27 milyonuncu müraciət qeydə alınıb. Bu müraciəti 1 saylı Bakı "ASAN Kommunal" mərkəzinə Fərman Hacıyev edib. O, "Azəriqaz" İstehsalat Birliyi, "Azərişıq" və "Azərsu" Açıq Səhmdar Cəmiyyətlərinin xidmətlərindən yararlanıb.

27 milyonuncu müraciətin sahibi kimi Fərman Hacıyev təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb. ASAN mərkəzlərinə müraciətlərin bir çoxu məhz kommunal xidmətlərlə bağlıdır. Bu müraciətlərin çoxluğu nəzərə alınaraq tezliklə ASAN kommunal mərkəzlərinin sayı artırılacaq.

Qeyd edək ki, indi 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir.

Bundan başqa, regionlarda 10 Səyyar “ASAN xidmət” avtobusu və Səyyar ASAN qatar vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir. Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.


Create Account



Log In Your Account