May 06 2019 18:04
Views: 469

“ASAN xidmət” mobil tətbiqi istifadəyə verilib. Mobil tətbiqin yaradılmasında əsas məqsəd çevikliyi təmin etməklə, vətəndaşların əlavə vaxt itkisinin, məsrəflərinin qarşısını almaq və “ASAN xidmət” mərkəzlərinin idarə edilməsində effektivliyi artırmaqdır. Tətbiqi yükləmiş istifadəçi şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil etməklə qeydiyyatdan keçib şəxsi kabinetini yarada bilər. Mobil tətbiq vasitəsilə vətəndaşlar ASAN xidmət mərkəzlərinə növbəyə yazılmaq imkanı da əldə edəcək.

Növbəti bir üstünlük isə vətəndaşın aldığı xidmətlərin arxivləşdirilməsidir. Vətəndaşlar bu tətbiq vasitəsilə müraciət etdiyi xidmətlərin arxivini izləmək imkanı da əldə edir. Eyni zamanda müraciətlərindən imtina edə, və ya mərkəzlərə daha yaxın ərazidə olduğu zaman aktivləşdirməni həyata keçirə bilərlər. Vətəndaşlar mobil tətbiq vasitəsilə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində müvafiq xidmət mərkəzini seçə, zəruri sənədlərin siyahısı ilə tanış ola bilərlər.

“ASAN xidmət” mobil tətbiqində vətəndaşlar üçün onlayn müraciət və telefon vasitəsi ilə 108 “Çağrı” mərkəzi ilə əlaqə, vətəndaşın dayandığı mövqedən xidmət mərkəzinə xəritə əldə etmək və digər faydalı imkanlar yaradılıb. Vətəndaşlar “ASAN xidmət” mobil tətbiqini “Android” əməliyyat sistemi ilə çalışan mobil qurğular üzərindən yükləyə bilərlər. Gələcəkdə mobil tətbiqin sistem imkanlarının və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub.


Create Account



Log In Your Account