Feb 15 2019 18:13
Views: 344

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Diasporla İş üzrə Dövlət Komitəsi arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu  imzalanıb. Memorandum “ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin Azərbaycan hüdudlarından kənarda səyyar formada göstərilməsini nəzərdə tutur. Eyni zamanda xaricdə yaşayan azərbaycanlılara “Elektron hökumət” portalı vasitəsilə müvafiq dövlət xidmətlərinin  göstərilməsi təşkil ediləcək. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin sözlərinə görə, imzalanan sənəd Azərbaycanın dövlət xidmətlərinin ASAN xidmət vasitəsiylə xaricidə yaşayan Azərbaycanlılara çatdırmaq üçün platforma rolunu oynayır.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov  bu sazişin  konkret  sahələr üzrə işlərin görülməsində mühüm rol oynayacağını və artıq bir neçə istiqamətdə nailiyyətlərin olduğunu bildirib. Komitə sədri qurumun xaricdə yaşayan azərbaycanlıların elektron bazasını yaratdığını deyib. Onun sözlərinə görə, komitə 10 ay müddətində xaricdə yaşayan azərbaycan vətəndaşlarının müxtəlif sənədlərlə bağlı müraciətlərini araşdırıb. Xaricdə yaşayan azərbaycanlıların sayının dəqiqləşdirilməsi, şəxsiyyəti təsdiq edən sənədin olub-olmaması yoxlanılıb.

Xatırladaq ki  bir müddət öncə  Prezident İlham Əliyev konsulluq xidmətlərinin göstərilməsində şəffaflığın artırılması məqsədilə fərman imzalayıb. Fərmana əsasən, Dövlət Agentliyinə xidməti və diplomatik pasportların verilməsi və dəyişdirilməsi, sənədə apostil verilməsi və sənədin leqallaşdırılması, viza rəsmiləşdirilməsi üçün xarici ölkələrin səfirliklərinə və konsulluqlarına notanın verilməsi hüququ verilib. Bu xidmətlər xaricdə yayaşayan Azərbaycan vətəndaşlarına şamil olunur.

 


Create Account



Log In Your Account