Jul 13 2019 17:49
Views: 290

"Vahid məkan" prinsipi əsasında fəaliyyət göstərən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzə Dövlət Agentliyi ən müasir texnologiyaların və innovasiyaların tətbiqi ilə yaradılıb. Vətəndaş məmnunluğu, operativlik, xidmətlərin rahatlığı bu qurumun qısa müaddətcə böyük ictimai etimad qazanmasına səbəb olub. Fəaliyyət göstərdiyi 7 il müddətində 30 milyondan çox vətəndaş müraciəti qəbu edib.

ASAN Xidmətdə 12 dövlət orqanının təqdim etdiyi 320 xidmət həyata keçirilir. Bununla yanaşı 10 avtobus və ASAN qatar vasitəsilə regionlarda səyyar xidmətlər də təşkil olunur. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzə Dövlət Agentliyinin sədri Ülvi Mehjdiyevin sözlərinə görə dövlətin göstərdiyi davamlı dəstək qurumun qısa müddətdə beynəlxalq miqyasda tanınmasına şərait yaradıb.

Azərbaycanın bu təcrübəsi bir çox ölkələrdə də istifadə olunur. Artıq Əfqanıstanda ASAN xidmət yaradılıb. Mərakeş, Koreya, İndoneziya, Monteneqro və digər ölkələrdə də ASAN xidmət modelinin tətbiqi istiqamətində iş aparılır. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzə Dövlət  Agentliyi 2912-ci il iyulun 13-də Prezident İlham Əliyevin fərmanına əsasən yaradılıb.  "ASAN xidmət" mərkəzləri də Dövlət Agentliyinin strukturuna daxildir.


Create Account



Log In Your Account