Oct 15 2019 20:09
Views: 228

Özbəkistanın Mərkəzi Asiyanı Şərqi Avopa ilə birləşdirən yeni nəqliyyat marşrutunun yaradılması ilə bağlı təklifi Türkdilli ölkələr arasında iqtisadi bağları daha da möhkəmləndirə bilər. Ekspertlər hesab edirlər ki, bu təklifin reallaşması üçün real imkanlar var.  
Yeni marşrutların yaradılması haqqında təklifi Özbəkistanın investisiya və xarici ticarət naziri Sardor Umurzakov Bakıda səsləndirib.
Eskpertin sözlərinə görə, Özbəkistanın regional layihələrdə daha fəal iştirakı prioritet məsələlərdən biridir. Bu ilin yanvar ayında olan məlumata görə, ölkənin Türkdilli dövlətlərlə ticarət dövriyyəsi 5 milyard dollar olub. Bu göstərici isə Özbəkistanın real potensialından çox azdır.


Create Account



Log In Your Account