Sep 07 2019 18:05
Views: 236

“Asiya dünya iqtisadiyyatının inkişafına böyük töhfələr verir. Asiya həm də bir çox təzadlarla müşahidə olunan regiondur. Bir tərəfdən inkişaf prosesləri gedir, digər tərəfdən inkişafın geridə qaldığı hallar da narahatlıq yaradır”. Bu fikirləri Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Gənclər Qolunun 5-ci və Qadınlar Qolunun 6-cı iclasının açılışında deyib. Konfransın Asiya qitəsində ictimai-siyasi proseslərin müzakirəsi baxımından vacib platforma olduğunu bildirib.
Sabitlik, əmin-amanlıq, bütövlükdə region üçün problemə çevrilən terrorizm kimi halların aradan qaldırılması konfransda müzakirə olunacaq əsas məsələlərdəndir. Əli Əhmədov bildirib ki,  Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı Azərbaycanın əldə etdiyi nailiyyətlərin təbliği, eləcə də Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktının dünyaya yayılması baxımından əhəmiyyətlidir. Azərbaycan Avropa ilə Asiyanın qovşağunda yerləşir. Qonaqlar tədbirin məhz Bakıda keçirilməsini bu baxımdan əhəmiyyətli hesab edirlər.
Gənclər və İdman naziri Azad Rəhimov Azərbaycanın dövlət gənclər siyasəti haqqında məlumat verib. Əhalinin 30 faizindən çoxunu gənclərin təşkil etdiyini deyən nazirin sözlərinə görə, ölkədə gənclərlə bağlı bır sıra dövlət proqramları qəbul olunub. Konfransın qadınların ictimai həyatda iştirakının gücləndirilməsi baxımından da önəmli olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, bu gün Azərbaycanda həyata keçirilən dövlət-qadın siyasəti nəticəsində  ölkədə sahibkar qadınların xüsusi çəkisi 30 faizə çatdırılıb. 145 evdar qadın kiçik sahibkarlıq fəaliyyətinə başlayıb.


Create Account



Log In Your Account