Jan 15 2019 18:20
Views: 350

Prezidentin sərəncamları əsasında aparılan struktur islahatları dövlət idarəetməsinin daha çevik və səmərəli olmasına şərait yaradacaq. Bu qərarlar günün tələbinə cavab verir. Son islahatları CBC-yə şərh edən ekspertlər bu fikirdədir. Millət vəkili Aydın Mirzəzadə bildirir ki, bu qərarlar gözlənilən idi.

Millət vəkili deyir ki, bəzi strukturların böyük idarəetmə aparatının saxlanılmasına dövlət büdcəsinin müəyyən bir hissəsi sərf olunurdu. Bu qurumların yeni bir struktur nəzdində fəaliyyəti idarəetmə xərclərinin azaldılmasına imkan verəcək. Digər tərəfdən, bəzi təşkilatların, o cümlədən Tarif Şurasının işini ictimai əsaslarla davam etdirməsinə aid qərar da tam yerində verilib.

Ekspertlər hesab edirlər ki, bu islahatlar idarəetmənin çevik olmasına, xərclərin azaldılmasına imkan verir. Bu da dövlət idarəetmə aparatının daha yığcam, mobil, səmərəli və məqsədyönlü fəaliyyətini təmin edəcək. Əsas məqsəd səmərəli dövlət idarəetmə aparatının köməyilə daha az resurslardan istifadə etməklə maksimum nəticələr əldə etməkdən ibarətdir.

İslahatlar çərçivəsində iş yerləri ilə bağlı məsələ də diqqətdə saxlanılıb. Fəaliyyəti dayandırılmış strukturların əməkdaşlarının yenidən işlə təmin olunmaq imkanları maksimum təmin ediləcək. Vüsal Qasımlı qeyd edir ki, struktur islahatları çərçivəsində belə qənaətcil yanaşma biznes üçün çox yaxşı bir nümunədir və ölkə üçün yeni investiisya imkanlarının yaranması deməkdir.

Struktur islahatları çərçivəsində dövlət idarəetməsi ilə bazar tənzimlənməsi arasında optimal nisbət müəyyənləşəcək ki, bu da iqtisadi inkişafın təminatına və sosial rifahın yüksəlməsinə xidmət edir. Bu islahatlar “yaxşı idarəetmə” və “açıq hökümət” prinsiplərinə uyğun olmaqla dövlət idarəetməsinin dünya standartlarında həyata keçirilməsini təmin edir.


Create Account



Log In Your Account