Jul 20 2019 17:06
Views: 253

Ermənistan bir daha nümayiş etdirir ki, müharibəni mülki vətəndaşlara qarşı aparır.  İşğalçı ordu qoşunları sistemli şəkildə təckə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini deyil, vətəndaşların yaşadığı və mülki obyektlərin olduğu əraziləri də atəşə tutur.

Ekspertlərin fikrincə, bu,  Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində kompromisə hazır olmadığının göstəricisidir. Ermənistanın Azərbaycan torpaqlarının işğalını davam etdirməsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyini pozmaqla yanaşı, həm də regionda sülh və təhlükəsizliyə ciddi təhdiddir. Regionda davamlı sülhün bərqərar olması həm erməni, həm də Azərbaycan xalqlarının maraqlarına cavab verir. Bunun üçünsə işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi və bu ərazilərdən çıxarılan məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması təmin edilməlidir.

Ekspertlər hesab edir ki, münaqişə ilə bağlı Azərbaycanın mövqeyi dünya ictimaiyyətinə bəllidir. Ermənistan isə tam əks siyasət yürüdür. Münaqişənin həllinin uzanmasının yeganə səbəbi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğudur.


Create Account



Log In Your Account