May 13 2019 18:45
Views: 234

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın baş naziri Nikol Paşinyanın atəşkəsin 25 illiyi ilə əlaqədar verdiyi açıqlamanı  şərh edib. Şöbə müdiri bildirib ki, Ermənistan gücdən istifadə edərək Azərbaycan ərazilərini işğal edib. İşğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlı qanlı etnik təmizləməyə məruz qalıb və 25 ildən artıqdır ki, onlar qaçqın və məcburi köçkün statusunda yaşayır. Ermənistanın hərbi təcavüzü mülki insanlara qarşı çoxsaylı hərbi cinayətlərlə müşayiət olunub. Hikmət Hacıyev vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qəbul etdiyi dörd qətnamədə İşğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur.

Ekspertlər də hesab edirlər ki, atəşkəs haqqında sazişin imzalanmasında 25 il keçməsinə baxmayaraq Ermənistan bu sazişə görə üzərinə götürdükləri öhdəliklərə əməl etməyib.

Politoloq Arzu Nağıyevin fikrincə Nikol Paşinyanın nəvbəti dəfə işğal edilmiş ərazilərdəki separatçı rejimin danışıqlara cəlb olunması barədə açıqlaması Yerevanın sülhə hazır olmadığını göstərir. 

Prezident Administrasiyasının şöbə müdiri Hikmət Hacıyev Nikol Paşinyanın danışıqlara separatçı rejimin cəlb olunması ilə bağlı fikirlərinə də münasibət bilıdirib. Qeyd edib ki,  danışıqlar prosesinin formatı dəyişməzdir. Danışıqlar münaqişə tərəfləri olan Ermənistan və Azərbaycan arasında aparılır.

   


Create Account



Log In Your Account