Aug 10 2018 14:03
Views: 568

Türkiyənin milli komandasında təmsil olunan Azərbaycan əsilli idmançı Ramil Quliyev daha bir tarixi uğura imza atıb. O, Avropa Atletika Çempionatının 200 metrlik yarışında 19,76 dərəcə ilə qızıl medal qazanıb. Ramil Quliyev bu nəticə ilə çempionat rekordu qırıb. Qələbənin ardından atleti ilk təbrik edən türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olub.

Ramil Quliyev çox xoşbəxt olduğunu deyib: “Avropa çempionatında rekord göstərici oldu. Mən Avropa rekordunu qırmaq istəyirdim, inşallah, o da olar. Bir neçə yarışımız daha var. Dünyada elə bir idmançı yoxdur ki, olimpiadada medal qazanmaq istəməsin. Biz də çox istəyir və çalışırıq. 2020-ci il Tokio Yay Olimpiya Oyunlarından medallarla dönəcəyimizə inanırıq”.

 

 


Create Account



Log In Your Account