Jul 24 2019 16:53
Views: 308

"EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının üçüncü günü başlayıb. Səhər sessiyasında atletlər 200 metr məsafəyə qaçış, 400 metr məsafəyə maneələrlə qaçış, üç təkanla tullanma, çəkicatma və çoxnövçülük növlərində mübarizə aparıblar.

Səhər sessiyasında Azərbaycan yığmasının üç üzvü mübarizəyə qoşulub. Qızların üçtəkanla tullanma yarışında Sabrina Jralova təsnifat mərhələsində 9-cu yeri tutaraq final mərhələsinə yüksəlib. Lamiyə Vəliyeva qızların 200 m məsafəyə qaçışında I mərhələdə 20 iştirakçı arasında 14-cü yeri tutub. Oğlanların eyni məsafəyə qaçışında isə ölkəmizi Əli Abdıyev təmsil edib. Atletimiz 19 iştirakçı arasında 14-cü yeri tutub.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən yarışlarda 36 ölkədən 641 idmançı mübarizəyə qoşulub. Azərbaycan bu yarışlara 18 idmançı ilə qatılıb. Axşam sessiyasında qızlar arasında çoxnövçülük, oğlanlar arasında hündürlüyə tullanma yarışları keçiriləcək. Atletika yarışlarına iyulun 27-də yekun vurulacaq.


Create Account



Log In Your Account