Jul 22 2019 19:28
Views: 216

XV Avropa Gənclər Yay Olimpiya festivalına gələn idmançılar və nümayəndə heyətlərinin məskunlaşdıqları atletlər kəndində qələbəlikdir. Festival üçün kəndin 13 binasının 6-sı ayrılıb. İndiyədək olimpiya kəndinə 3600-ü idmançı olmaqla 4 mindən çox iştirakçı yerləşdirilib. Bu gün keçirilən mediaturda jurnalistlərə binaların istifadə məqsədləri barədə ətraflı məlumat verilib. Kənddə yerləşən 9-cu binada  Media Mərkəzi, Azərbaycan Milli Antidopinq Agentliyinin dopinq nəzarət mərkəzi məskunlaşıb. Eyni zamanda, Azərbaycan nümayəndə heyəti bu binada məskunlaşıb.

Qonaqların qarşılanması, akkreditasiyaların verilməsi 10-cu binada yerləşir. Burada həmçinin Tibb Məntəqəsi yer alıb. 7-ci binada isə qonaqların şikayət və təklifləri üçün mərkəz fəaliyyət göstərir. Atletlər kəndinin istirahət mərkəzi isə 11-ci binadadır. Onun qarşısında qurulmuş səhnədə hər axşam konsert proqramları olur. Burada 200 atletin səmərəli zamanını keçirməsi üçün müxtəlif oyunlar, qarşılanması və yerləşməsi üçün bütün lazımi şərait yaradılıb.

12-ci binada Atletlər Kəndinin Koordinasiya Mərkəzi və idman nəticələri ilə bağlı məlumat mərkəzi var. Yeməkxana isə 13-cü binadadır.


Create Account



Log In Your Account