Jun 01 2019 19:01
Views: 340

XV Avropa Gənclər Yay Olimpiya Festivalına 50 gün qalması, Olimpiya hərəkatının yaranmasının 125 illik yubileyi ilə bağlı tədbir keçirilib.  Atletlər Kəndində baş tutan tədbir çərçivəsində federasiyalar arasında bölüşdürülmüş beş idman zonasında – basketbol, velosiped idmanı, atletika, tennis və üzgüçülükdə gənc idmançılar bacarıqlarını nümayiş etdiriblər. Ən yaxşı nəticə göstərən uşaqlar Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak etmək və festivalı yaxından izləmək imkanı qazanıblar.

Olimpiya Hərəkatının və Beynəlxalq Olimpiya Komitəsinin təsis olunmasının 125 illik yubileyi ilə əlaqədar Atletlər Kəndində Olimpiya Qaçış Günü münasibətilə kütləvi qaçış da təşkil edilib. Yarışda 49 təhsil müəssisəni təmsil edən 500 məktəbli iştirak edib. Finişdən sonra qaliblər Milli Olimpiya Komitəsinin hədiyyə və diplomları ilə təltif olunublar. 

XV Avropa Gənclər Yay Olimpiya Festivalının maskotları Cırtdan və Bəbir də ictimaiyyətə təqdim olunub.


Create Account



Log In Your Account