Mar 05 2019 18:23
Views: 456

ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşüb. Görüşdən sonra keçirilən mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan müzakirələr barədə məlumat verilib. Miroslav Layçak bildirib ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağmünaqişəsinin həllində yeganə tanınmış formatdır.

Elmar Məmmədyarov isə Ermənistan rəsmilərinin danışıqlara xələl gətirən bəyanatlarına diqqət çəkib. Bildirib ki, Ermənistan tərəfindən səsləndirilən sonuncu bəyanatlar sülhə töhfə vermir və danışıqlarla bağlı bütün pozitiv gözləntiləri alt-üst edir.


Create Account



Log In Your Account