Dec 06 2019 17:11
Views: 164

ATƏT-in Minsk Qrupuna daxil olan həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Bratislavada keçirilən görüşü ilə bağlı birgə bəyanat yayıblar. Bəyanatda vurğulanıb ki, hazırkı status-kvo qəbuledilməzdir və münaqişənin hərbi həlli yoxdur. Nümayəndə heyətlərinin rəhbərləri tərəfləri süni gecikmələr və şərtlər yaratmadan substantiv danışıqlar aparmağa çağırıblar. Bəyanatda bu yaxınlarda jurnalistlərin qarşılıqlı mübadiləsi və əsirlərin eyni vaxtda sərbəst buraxılmasının təqdirəlayiq olduğu vurğulanıb. Nümayəndə heyətlərinin rəhbərləri Beynəlxalq Qırmızı Xaç Komitəsinə itkin düşmüş şəxslər haqqında məlumatların mübadiləsində kömək göstərmək səylərini artırmağa çağırıblar. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin monitorinq missiyasının genişləndirilməsi ilə bağlı müzakirələrin davam etdirilməsinin vacibliyi bildirilib. Həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri Tərəfləri bir-biri ilə və vasitəçilik səylərini davam etdirən Minsk Qrupu həmsədrləri ilə əməkdaşlığa çağırıblar. Sənəddə qeyd olunur ki, nümayəndə heyətlərinin rəhbərləri Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin 2020-ci ilin əvvəlində danışıqları sürətləndirmək və gələcəkdə daha yüksək səviyyədə danışıqların aparılması üçün yenidən görüşmək niyyətini alqışlayır.


Create Account



Log In Your Account